Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
04 2024 12:18

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir. Mayın 5-nə kimi  davam edəcək  Festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun dəstəyi ilə keçirilir.

Oxu.Az xəbər verir ki, iki gün davam edəcək festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Buraya qədim, müasir, eləcədə müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı daxildir. Milli Xalça Festivalı günlərində İçərişəhərin küçələri xalçalar və xalça ornamentli xüsusi dekorasiyalar ilə bəzədilərək.

Xalçatoxuma sənəti ilə maraqlanan hər kəs xalçanın ərsəyə gəlməsinin bütün mərhələləri, xüsusən, ipliklərin boyanması, çeşnilərin və naxışların vurulması, xalçanın toxunması, emalı, yandırılması, yuyulması prosesi ilə yaxından tanış ola biləcəklər. Ustad dərsləri zamanı “Azərxalça” ASC-nin Azərbaycanın 14 regionundan gəlmiş toxucu və emal komandası qonaqlara xalça dəzgahı üzərində dərslər təqdim edəcəklər. Həmçinin, Mədəniyyət, Elm və Təhsil Nazirliyi Milli Xalça Festivalında öz stendləri ilə təmsil olunacaqlar.

Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin ev sahibliyi edəcəyi Milli Xalça Festivalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmiş “Xalçaçı günü” peşə bayramına həsr edilir və UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və yaşadılması missiyasını daşıyır.

 


18 May 2024
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”

“Belarus Respublikası Azərbaycanın ənənəvi olaraq səmimi dostluq və əməkdaşlıq əlaqələrini saxladığı ölkələrdən biridir. 70 il ərzində keçmiş SSRİ tərkibində müttəfiq respublikalar kimi mövcud olmuş Belarus və Azərbaycan müstəqillik əldə etdikdən sonra öz aralarında diplomatik əlaqələri 1993-cü ildə qurmuşlar. Cənab Prezident İlham Əliyevin hakimiyyəti dönəmində bu əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.”

17 May 2024
Siyasət

Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru ilə görüşüb (FOTO)

Mayın 17-də Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak etmək məqsədilə Cenevrədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.

17 May 2024
Siyasət

Nazirlər Kabinetində müşavirə keçirilib - FOTO

Nazirlər Kabinetində (NK) “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2023-cü ildə və 2024-cü ilin dörd ayı ərzində aparılan monitorinqlərin nəticələrinə dair müşavirə keçirilib.

17 May 2024
Siyasət

Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır - VİDEO

Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır.

17 May 2024
Siyasət

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar.